Zakir Həsənovla Səfər Əbiyevi səhv saldılar- İranda (FOTO)

Azərbaycanın Müdafiə naziri Zakir Həsənov İranda rəsmi səfərdədir.

"Qafqazinfo" xəbər verir ki, general-mayor Hüseyn Dehqanın dəvətilə bu ölkəyə səfər edən Z.Həsənov Tehranın Mehrabad hava limanında eniş edib.

Qeyd edək ki, informasiyanı yayan İranın tanınmış xəbər agentliklərindən olan "Mehrnews" yanlışlıqla Azərbaycan Müdafiə naziri kimi eks-nazir Səfər Əbiyevin fotosunu yerləşdirib.