- Köhnə - Cəmiyyət
- 14 Aprel 2014 13:00
- 3 620
Zakir Həsənov iranlı həmkarı ilə görüşdü
Məlumata əsasən, görüş İran Müdafiə Nazirliyində baş tutub.
Görüşdən öncə Azərbaycanın müdafiə naziri Z.Həsənovun rəsmi qarşılanma mərasimi olub. Nazir şəhidlərin məzarını ziyarət edib.
Görüşdə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə edilib.
Səfər çərçivəsində regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin aparılması, İran İslam Respublikasının rəhbərliyi ilə görüşlərin keçirilməsi də planlaşdırılır.
AzNews.az