Kəmaləddin Heydərov Litvanın daxili işlər naziri ilə görüşdü

Bu gün Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovla Litva Respublikasının daxili işlər naziri Dailis Alfonsas Barakauskas arasında nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzNews.az - a verilən məlumata görə, görüş zamanı fövqəladə halların idarə olunması sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Görüşdən sonra qonaqlar Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində "Əməliyyat zalı", həmçinin İctimaiyyətlə əlaqə idarəsinin Multimedia Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Eyni zamanda, səfər çərçivəsində cənab Dailis Alfonsas Barakauskas Fövqəladə Hallar Nazirliyi Akademiyası və Dövlət Yanğından Mühafizə Xidmətinin fəaliyyəti ilə də tanış olub. Cənab Dailis Alfonsas Barakauskasın Fövqəladə Hallar Nazirliyinin bir sıra qurumlarına tanışlıq səfəri də planlaşdırılır.

AzNews.az