Tanınmış jurnalistə vəzifə verildi

AzNews.az - ın xəbərinə görə Publika.Az xəbər portalının baş direktoru Cəmaləddin Quliyevə (Cəmaləddin Həsənoğlu – red.) vəzifə verilib.

O, Prezident Aparatının İctimai-Siyasi şöbəsində öz fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, C.Quliyev 1995-ci ildən mətbuatdadır. 2001-2013-cü illərdə "Paritet" qəzetinin baş redaktoru olub.

Ailəlidir. Bir oğlu var.

AzNews.az