Fidan Hacıyeva sponsordan danışdı


Tanınmış opera ifaçısı, respublikanın əməkdar artisti Fidan Hacıyeva qonağı olduğu "Solo" verilişində maraqlı açıqlamalar verib. Sənətçi bildirib ki, həyatda dostu yoxdur:

"Ancaq ailəm və yaxın ətrafımla ünsiyyət qururam. Həmişə də belə olmuşam. İstəmirəm ki, kiməsə sirr verim. Nəinki sənət aləmində, ümumiyyətlə həyatda demək olar ki, dostum yoxdur".
Sponsor məsələsinə da toxunan Hacıyeva aprelin 19-da Heydər Əliyev adına sarayda verəcəyi konsertdən də danışıb. Bildirib ki, bu işin bütün maddi yükünü öz üzərinə götürüb: "İnanıram ki, tamaşaçılar, məni və sənətimi sevənlər biletləri alacaqlar. Ona görə də sponsora ehtiyac duymadım".


İntiqam Valehoğlu
AzNews.az