02:11
(077) 610-22-33

“Ərimdən boşanmağımı tələb edir” - Bəxtiyar Hacıyevə ŞOK ittihamlar

  • >
6 280 15 Aprel 2014 10:37 | Cəmiyyət

"80 yaşlı atamı "razborkaya" çağırır"



Gənc fəal, Müsbət Dəyişikliklər Hərəkatının təsisçisi Bəxtiyar Hacıyevə qarşı Nərimanov rayon polis idarəsində cinayət işi açılması ilə bağlı məlumat vermişdik. Hacıyev bildirmişdi ki, barəsində cinayət işi açılmasına səbəb türk iş adamı Nurettin Eres və onun aktrisa həyat yoldaşı Mətanət Əhmədovanın sözügedən polis idarəsinə etdiyi müraciətdir. O, müraciətin heç bir əsasının olmamasını qeyd etmişdi.
AzNews.az saytı iş adamının həyat yoldaşı, tanınmış azərbaycanlı aktrisa Mətanət Əhmədova ilə əlaqə saxlayıb. Aktrisa bildirib ki, ötən ilin avqust ayında notarial qaydada Bəxtiyar Hacıyevdən 30 min manat borc pul götürüb. Amma avqustdan aprelin 9-a kimi Nurettin Ereslə Bəxtiyar Hacıyev arasında olan söhbətlərdən xəbərsiz olub:

"Bu, onların öz işləri olduğuna görə qarışmamışam. Aprelin 9-da Bəxtiyar yoldaşıma zəng vurub ki, gəl söhbət edək. Özü də dostuyla gəlib. Ordan yoldaşımı götürüb aparıblar Sumqayıt qəbristanlığına. Sumqayıtda isə Bəxtiyar həbsxana yoldaşlarını çağırıb. Yoldaşımın əllərini bağlayıblar, bədəninin müxtəlif nayihələrinə xəsarət yetiriblər. Bu barədə ekspertizanın rəyi də var".


M.Əhmədovanın dediyinə görə, yalnız Bəxtiyar Hacıyevin dostlarından birinin təkidindən sonra Nutettin Eresin əllərini açıblar. Bu hadisədən əvvəl isə B.Hacıyev aktrisaya zəng vurub. M.Əhmədova onunla danışmaq istəməsə də, Hacıyev Əhmədovanın iş yoldaşı vasitəsilə onu hədələyib, N.Eresin başını kəsəcəyini deyib. Aktrisanın sözlərinə görə, B.Hacıyev ondan ərindən boşanmasını tələb edir:

"Mənə deyir ki, ondan boşan, səndən əl çəkim. Bunun Türkiyədə qohum-qardaşını qoyub, gəlib mənimlə niyə dava eləyirsən ki? Sənin alıb verəcəyin mənimlə deyil axı! Onlar 14 ildir bir-birini tanıyır. Amma Nurettin Ereslə evli olduğum 10 il ərzində bir dəfə də olsun Bəxtiyarın adını eşitməmişəm. Pulu notariusla vermisən, get məhkəməyə müraciət elə pulunyu al da. Kim sənin pulunu verməkdən boyun qaçırır ki? Sən lotusan kimisə aparıb "razborka" xırdalayırsan? Təsəvvür edin ki, bu adam mənim 80 yaşlı atamı söhbətə çağırır".

Aktrisa bildirib ki, Bəxtiyar Hacıyev və dostları Nurettin Eresi döyəndən sonra onun telefonlarını və sənədlərini əlindən alıb, özünə də kağız yazdırıblar ki, guya bütün bunları öz xoşu ilə edib:

"Kim öz xoşuyla mobil telefonlarını, sənədlərini, pasportunu verər? Facebookda mənə yazır ki, kişiləri yoldan çıxarıb maşında gəzirsən. Mən üç ildir maşın sürürəm. Bəyəm maşınımın kreditini o verir? Sonra yazıb ki, gəl sənə haram pul qazanmağın yollarını göstərim. Getsin onun əzizlərinə göstərsin. Onun pulu qaytarılacaq. Amma o da bütün elədiklərinə görə qanun qarşısında cavab verəcək".

İntiqam Valehoğlu
AzNews.az
Bağla X