12:54
(077) 610-22-33

Zərifə Əliyevanın xatirəsi yad edildi- FOTO

  • >
922 15 Aprel 2014 14:19 | Cəmiyyət

Görkəmli oftolmoloq alim, akademik Zərifə Əliyevanın əziz xatirəsi Ukraynanın İrpen şəhərindəki büstünün önünə tər çiçəklər qoyulmaqla yad olunub.

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin mətbuat xidmətindən bildiriblər ki, bununla bağlı İrpen şəhərinə gələn Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları, Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndələri və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin idarə heyətinin üzvləri tanınmış elm fədaisinin büstü önünə tər çiçəklər qoymaqla onun əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Anım mərasimində Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov çıxış edərək öz şəfalı əlləri ilə neçə-neçə insanın gözünə nur bəxş edən akademik Zərifə Əlyevanın Azərbaycan tibb elminin inkşafındaki misilsiz xidmətindən danışıb.
Tədbirdə akademik Zərifə Əliyevanın şərəfli ömür yolundan bəhs olunub. Heydər Əliyev kimi dahi bir şəxsiyyətə sədaqətli ömür-gün yoldaşı olan Zərifə xanım Əliyevanın adının ölkəmizdə əsl ziyalı alim, mehriban və qayğıkeş ana obrazının təcəssümünə çevrildiyi vurğulanıb.

İrpen şəhərində onun adına salınan istirahət parkının və burada ucaldılan büstünün Azərbaycanla Ukrayna arasında əbədi dostluq körpüsünə çevrildiyi nəzərə çatdırılıb. Azərbaycan tibb elminin inkişafında misilsiz xidmətləri olan akademik Zərifə Əliyevanın xatirəsinin xalqımız tərəfindən həmişə uca tutulacağı vurğulanıb.

AzNews.az
Bağla X