Bakının girişində diametri 2 metr olan saat quraşdırılır

Bakının şimal girəcəyində aparılan abadlıq işləri çərçivəsində diametri 2 metrdən artıq olan saat quraşdırılıb. Abadlıq işləri və saatın quraşdırılması Bunəqədi Rayon İcra Hakimiyyəti tərəfindən aparılır.

AzNews.az-a RİH-dən verilən məlumata görə, sentyabrın 3-də saatın quraşdırlması prosesi başa çatdırılacaq. Saatın işıqlandırılmasında müasir texnologoyalardan istifadə olduqca xoş gecə görüntüsü yaradacaq.

Saatın arxa tərəfindəki Biləcəri qəsəbəsinə aparan yolun kənarında isə milli ornamentlər olan butadan istifadə olunmaqla yaşıllıqlar salınıb. Həmçinin paytaxtın çıxışına qədər olan Binəqədi rayon ərazisində yolun kənarında divarlar çəkilərək yaşıllaşdırma və işıqlandırma həyata keçiriləcək. Abadlış işləri sentyabr ayında başa çatacaq.

E.Əlosmanqızı
AzNews.az