05:11
(077) 610-22-33

Prezidentdən akademiklə bağlı - Sərəncam

  • >
1 338 15 Aprel 2014 17:45 | Cəmiyyət

Azərbaycan prezidenti İlham Əliyev akademik Məmməd Arifin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

AzNews.az - ın məlumatına görə, sərəncamda bildirilir ki, 2014-cü ilin iyun ayında görkəmli Azərbaycan ədəbiyyatşünası və tənqidçisi, tanınmış pedaqoq və ictimai xadim, respublika Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, akademik Məmməd Arifin (Məmməd Arif Məhərrəm oğlu Dadaşzadənin) anadan olmasının 110 illiyi tamam olur.

Azərbaycan Milli Elmlər Akademiyasına tapşırılıb ki, Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, akademik Məmməd Arifin 110 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

AzNews.az
Bağla X