“Ermənilərin Avroviziya təxribalarına görə yarışdan imtina edirik“ - Bəyanat

"Avroviziya"da müsiqi notları yarışmalıdır, siyasət yox. Erməni təxribatlarını qınayır və yarışdan imtina edirik".

Bunu Aktual.az-a TRT Bakı təmsilçisi Əmrah Timurçin Yazıcı Türkiyənin Avroviziyada iştirakdan imtina etməsi və Ermənistanın bu yarışmada qalib gəlməsi barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Əmrah Yazıcı bildirib ki, Avroviziyanın bir musiqi yarışması olduğuna görə bu yarışda siyasi məsələlərin yer almasını düzgün hesab etmirlər:

"Burada musiqi notları yarışmalıdır, siyasət yox. Ermənistan yarışmadan öncə dəfələrlə belə təxribatlara yol verir. Elə biz də TRT olaraq bunu qınayırıq. Və Avroviziya yarışmasında iştirakdan imtina edirik. Bir daha qeyd edirik ki, bir musiqi yarışının siyasiləşdirilməsi yol verilməzdir."

Qeyd edək ki, yarışmanın keçirilməsinə bir aydan az bir vaxt qalmış artıq Ermənistan təmsilçisinin qalib gələcəyi ilə bağlı xəbərlər gəzir. Hətta Ermənistan təmsilçisnin klipi yarışmanın rəsmi saytında hədsiz reklam edilir. Ekspertlər bildirir ki, Ermənistan bu yarışda qalib gələrək 2015 cil ildə qondarma Erməni soyqırımının 100 illiyində yarışa ev sahibliyi edərək bütün dünyanın diqqətini üzərinə çəkəcək.

Onu da vurğulayaq ki, ermənilərin bu təxribatını ilk olaraq Aktual.az ictimailəşdirib.

AzNews.az