Anar Nağılbaz: “Oksana ilə heç vaxt saunada olmamışam”

Mediada bir qrup məşhurun, o cümlədən aparıcı Şəhriyar Əbilov, rəqqasə Oksana və repçi Anar Nağılbazın saunadan çılpaq görüntülənməsiylə bağlı xəbər yayılıb. AzNews.az saytı sözügedən xəbərdə adı allanan Anar Nağılbazla əlaqə saxlayıb. Repçi xəbəri gülüşlə qarşılayıb və bunun iftira olduğunu bildirib:

"Mənim ümumiyyətlə saunayla əlaqəm yoxdur. Saunaya gedən adam deyiləm. "Bakı ordusu" filmində bir sauna çəkilişi var. Bəlkə həmin filmdən bir kadrı götürüb yayıblar. Şəhriyar kimdir, heç tanımadım. Onunla alış-verişim yoxdur axı. Məni gülmək tutur e... Oksana ilə heç vaxt saunada olmamışam".

İntiqam
AzNews.az