Administrasiyada təyinat: yeni sektor müdiri təyin olundu

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektoruna müdir təyin olunub. Bu sektora Vüsal Quliyev rəhbərlik edəcək.

V. Quliyev buna qədər Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində gənclər təşkilatları ilə iş sektoru yaradılıb.

Sektor gənclər təşkilatları ilə əlaqələrin inkişaf etdirilməsi, həmçinin onlarla iş aparan dövlət orqanlarının və digər qurumların fəaliyyətinin əlaqələndirilməsi funksiyasını həyata keçirəcək.


AzNews.az