İqtisad Universitetində - YENİ TƏYİNATLAR

Azərbaycan Dövlət İqtisad Universitetində kadr islahatları davam edir.

Ali məktəbin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, universitetin rektorunun imzaladığı əmrə əsasən, Mikayıl Zeynalov ali təhsil ocağının iqtisadi məsələlər üzrə prorektoru təyin edilib.
"Beynəlxalq iqtisadi münasibətlər" və "Ümumi iqtisadiyyat" fakültəsinin dekanları Müzəffər Məmmədov və Kamil Qafarov, eləcə də Magistratura mərkəzinin direktor müavini – MBA Proqramı üzrə rəhbər Rövşən Quliyev tutduqları vəzifədən azad ediliblər.
Rektorun digər əmri ilə "Beynəlxalq iqtisadi münasibətlər" fakültəsinin dekan müavini Mənsur Bərxudarov həmin fakültənin, "Türk dünyası işlətmə" fakültəsinin dekan müavini Asiman Quliyev isə "Ümumi iqtisadiyyat" fakültəsinin dekanı təyin olunub.
Universitetin iqtisadi araşdırmalar elmi tədqiqat institutunun şöbə müdiri Nazim Hacıyev isə Magistratura mərkəzinin direktor müavini - MBA Proqramı üzrə rəhbər təyin edilib.


AzNews.az