00:46
(077) 610-22-33

Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycanda

  • >
751 17 Aprel 2014 09:31 | Cəmiyyət

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin Komandanı aviasiya marşalı Tahir Rafiq Battın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda ümumilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını, sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sonra qonaqlar Silahlı Qüvvələrin Hərbi Akademiyası və Təlim Tədris Mərkəzinə gedib, orada yaradılmış şərait, şəxsi heyətin xidməti və ərazi ilə tanış olub, komandanlıqla görüşüblər. Qonaqlara hərbi təhsil müəssisələrinin tarixi haqqında məlumat verilib.

Aprelin 19-dək davam edəcək səfər proqramı çərçivəsində aviasiya marşalı Tahir Rafiq Battın rəhbərlik etdiyi nümayəndə heyətinin Müdafiə Nazirliyində görüşləri də planlaşdırılır.

AzNews.az
Bağla X