22:21
(077) 610-22-33

Nazirlər Kabineti Baytarlıq Xidmətinin təklifinə cavab vermir- AÇIQLAMA

  • >
1 409 18 Aprel 2014 14:00 | Cəmiyyət

Bu ilin ötən dövrü ərzində vəhşi heyvanların və sahibsiz itlərin hücumuna məruz qalan iri buynuzlu heyvanların müayinəsi zamanı 6 quduzluq xəstəliyi aşkarlanıb. Bunu AzNews.az-a açıqlamasında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib.

Onun sözlərinə görə, DBX-nin laboratoriyası tərəfindən heyvanlardan götürülən 9 nümunədən 6-da quduzluq xəstəliyi tapılıb. Y. Xanvəli əlavə edib ki, quduzluq xəstəliyi daha çox vəhşi heyvanlar və sahibsiz itlərdə aşkar olunub: "Ötən ildəki kimi bu il də quduzluq xəstəliyinə qarşı sahibi olan itlər, ev heyvanları arasında vaksinasiya işlərinə start verilib. Bu ilin ötən dövrü ərzində 231 mindən artıq it, çaqqal, iri buynuzlu və digər ev heyvanlarında quduzluğa qarşı vaksinasiya işi aparılıb. Hazırda ölkəmizdə quduzluğa qarşı elə bir narahatedici hal müşahidə edilməyib".

O vurğulayıb ki, buna baxmayaraq, DBX sahibsiz vəhşi heyvanlar arasında quduzluğa qarşı vaksinasiya işi apara bilmir: "Beynəlxalq Ekstrativ Büronun ekspertlərinin iştirakı ilə bir müddət əvvəl Azərbaycanda quduz heyvanların oral vaksinasiyasının aparılması üçün Dövlət Baytarlıq Xidməti tərəfindən yeni təklif layihəsi hazırlanaraq, Nazirlər Kabinetinə təqdim edilib. Burada vəhşi heyvanların, sahibsiz çöl itlərinin vaksinasiyası nəzərdə tutulub. Biz neçə dəfə bununla bağlı Nazirlər Kabinetinə təklif versək də, hələ də bu işin həyata keçirilməsi üçün məsələ qaldırılmayıb".

DBX rəsmisi hesab edib ki, əgər vəhşi heyvanlar arasında sözügedən üsulla vaksinasiya aparılsa, ölkəmizdə heyvanlar arasında quduzluq halları kəskin azala bilər.

Amid
AzNews.az
Bağla X