İlham Əliyev kolumbiyalı həmkarına başsağlığı verdi

Azərbaycan prezidenti İlham Əliyev Qabriel Qarsiya Markesin vəfatı ilə əlaqədar Kolumbiya prezidenti Xuan Manuel Santosa başsağlığı verib.

AzNews.az -ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

"Hörmətli cənab prezident, böyük yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin vəfatı xəbəri bizi olduqca kədərləndirdi.
Bu əvəzsiz itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə, mərhumun ailəsinə, bütün Kolumbiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

AzNews.az