22:16
(077) 610-22-33

Rauf Mirqədirov Bakı aeroportundan naməlum istiqamətə aparıldı

  • >
1 416 19 Aprel 2014 19:40 | Cəmiyyət

Rauf Mirqədirov Bakı aeroportundan naməlum istiqamətə aparılıb.

Bu informasiyanı ANS-in Bakı aeroportunda olan əməkdaşı yayıb. Onun sözlərinə görə Rauf Mirqədirov dindirildikdən sonra aeroportdan çıxarılıb. Onun harada olması barədə məlumat yoxdur.


Qeyd edək ki, onun ailəsinin sabah Bakıya gələcəyi gözlənilir.

***

Bu gün Türkiyədən müəmmalı şəkildə deportasiya olunan jurnalist Rauf Mirqədirovu gətirən təyyarə saat 16.50 radələrində Binə aerportuna enib.

ANS-in hava limanında olan əməkdaşının verdiyi məlumata görə, Rauf Mirqədirov bayıra çıxan sərnişinlər arasında olmayıb.

Ehtimala görə Mirqədirov dindirilmək üçün saxlanılıb. Aeroportda onu gözləyən 15-ə qədər jurnalist isə yeni məlumat almağa çalışırlar.

Qeyd edək ki, "Ayna-Zerkalo" qəzetinin Türkiyə təmsilçisi, siyasi şərhçi Rauf Mirqədirov ötən gün Türkiyədən deportasiya edilib. Bir müddət əvvəl tanınmış jurnalistin Türkiyədə mətbuat təmsilçiliyi ləğv edilib. Ötən gecə isə Rauf Mirqədirov ailəsi ilə birlikdə avtobusla Türkiyəni tərk etmək istəyib. Lakin yola düşəndən 15 dəqiqə sonra avtobus saxladılıb, jurnalistə və ailə üzvlərinə qarşı kobudluq edilib. Heç bir səbəb göstərilmədən Rauf Mirqədirov avtobusdan endirilib.

AzNews.az
Bağla X