Hacı İbrahim açılış edəcək

Azərbaycanda həyata keçirilən ən böyük layihələrdən biri olan "Khazar İslands"da tikinti işlərinin birinci mərhələsinin may ayında yekunlaşdırılması nəzərdə tutulur.

AzNews.az xəbər verir ki, bu barədə AzərTAc-a layihəni həyata keçirən "Avesta" konsernindən bildiriblər. Qeyd olunub ki, layihə üzrə işlərin birinci hissəsinin tamamlanması və bir sıra obyektlərin açılışı mayın 28-də baş tutacaq, orada çimərliklər, restoran, körpü və yollar tam təmir edilərək istifadəyə veriləcək. Bundan əlavə, yeni tikilən şəhərdə 4 kilometr uzunluğunda bulvar, eləcə də hər biri 5 hektar olan 2 park istismara veriləcək.

AzNews.az