12:52
(077) 610-22-33

Qeydiyyata alınan əcnəbilərin sayı artıb

  • >
763 21 Aprel 2014 09:15 | Cəmiyyət

2014-ci ilin I rübündə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 2.2 faiz artıb. DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan AzNews.az-a verilən məlumata görə, hesabat dövründə əlavə olaraq 377 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə bu ilin aprelin 1-i tarixinə olan statistikaya əsasən, fərdi uçot sistemindəki əcnəbilərin sayı 17 475 nəfərə yüksəlib.

Fondan o da qeyd edilib ki, dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89.7 faizini kişilər, 10.3 faizini isə qadınlar təşkil edir. Ümumilikdə 101 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (10 063 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 1 912 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 919 nəfərə çatıb. Sonrakı yerlərdə İran İslam Respublikası (570), Hindistan (432), Çin Xalq Respublikası (417), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (257), Özbəkistan (202) Banqladeş Xalq Respublikası (190) Pakistan İslam Respublikası (158), Ukrayna (157), Almaniya Federativ Respublikası (152), Filippin Rspublikası (135), Bosniya və Herseqovina (131), Qazaxıstan Respublikası (123), Türkmənistan Respublikası (121), İtaliya Respublikası (118), ABŞ (111) və s. ölkələr qərarlaşıb.Qeyd edək ki, 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.

Amid
AzNews.az
Bağla X