Səlim Müslümovun aparat rəhbərinə vəzifə verildi

Azərbaycan Yazıçılar Birliyi Katibliyinin qərarı ilə tanınmış şair Əldər Ol Sabir Poeziya Günləri Təşkilat Komitəsinin sədri təyin edilib. AYB-nin mətbuat xidmətindən verilən məlumata görə bu vaxta qədər Təşkilat Komitəsinə sədirlik etmiş Fikrət Sadıq isə fəxri sədr seçilib.

Xatırladaq ki, Əjdər OL (Əjdər Feyzulla oğlu Cəbiyev) həm də Səlim Müslümovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aparat rəhbəridir. /Modern.az/