Nidaçılarla bağlı Mehriban Əliyevaya müraciət olundu

Ümid partiyası sədrinin Ailə, Qadın və Uşaq məsələləri üzrə müavini Könül Quliyeva Azərbaycan Respublikasının birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb.


AzNews.az xəbər verir ki, müraciətdə deyilir: "Hörmətli Mehriban xanım! Siz, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı kimi dəfələrlə humanizm nümunəsi göstərmisiniz. Ağır cinayət törətməkdə ittiham olunduqlarına görə, ötən həftədən aclıq aksiyasına başlamış NİDA-çı gənclərin aksiyasına, dünəndən etibarən övladlarına dəstək və bu haqsız qərara etiraz əlaməti olaraq bir sıra analar da qoşulublar. Bu məhkəmə prosesini izləyən hər kəs irəli sürülən ittihamların sübut olunmadığının şahidi oldular. Buna baxmayaraq prokurorun gənclər üçün istədiyi cəza olduqca ağırdır və cəmiyyətdə haqlı etiraza səbəb olub.Sizdən xoşməramlı səfir və bir ana kimi xahiş edirik ki, gənclərin analarının çağırışını, aclıq aksiyasını, o cümlədən, bu gənclərin məhkəmə dinləmələri zamanı cinayət törətmədiklərini bir daha bəyan edərək, dövlətə və xalqa olan sevgilərini izhar etmələrini nəzərə alaraq, müvafiq dövlət qurumlarının ədalətli qərar çıxarmasına təsir göstərəsiniz".

AzNews.az