Rauf Mirqədirovla iş birliyində adı keçən erməni danışdı

Baş Prokurorluğun 2008-ci ildən Ermənistana casusluqda ittiham etdiyi Azərbaycanın əməkdar jurnalisti, "Ayna-Zerkalo" qəzetinin siyasi icmalıçısı Rauf Mirqədirovun cinayət işində adı keçən Laura Baqdasaryan məsələyə münasibət bildirib.

Modern.az saytının xəbərinə görə, adı Rauf Mirqədirovla iş birliyində hallanan Ermənistanın "Region" Araşdırmalar İnstitunun direktoru Laura Baqdasaryan ittihamları qəbul etməyib. Onun sözlərinə görə, R.Mirqədirov azərbaycanlı həmkarı, Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunusla birgə "İctimai dialoq" layihəsinin onlayn versiyası olan "publicdialogues"un müəlliflərindən olub.

"Rauf Mirqədirov bizim tədbirlərdə canlı deyil, internet konfrans vasitəsilə iştirak edib. Bununla bağlı mənim bir sıra suallarım yaranıb"-deyə Baqdasaryan yazıb.

Gürcüstanın paytaxtı Tbilisdə doğulan L. Baqdsaryan Moskva Dövlət Unveriteinin jurnalistika fakültəsini bitirib. O, Yerevanda yaşayır, "Region" Araşdırmalar İnstitununu direktorudur. Qafqazda "xalq diplomatiyası" layihələrinin icrasında iştriak edir.

AzNews.az