ANS-in aparıcısı əsəbləşdi: “Natavan getsin, trasda konsert versin”- VİDEO

ANS telekanalının aparıcısı Aytən Səfərova müğənni Natavan Həbibinin ünvanına xoşagəlməz söz deyib.

Axşam.az-ın məlumatına görə, aparıcı canlı efirdə sənətçinin Laçının işğalı günü konsert verməsi xəbərinə belə reaksiya bildirib:
"Laçında verəcək konserti? Bəlkə onu göndərək getsin Laçın trasında, dəhlizdə dayansın. Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanına, bütün tarixçilərə təklif edirəm ki, orada dərs keçsinlər. Natavan Həbibiyə də keçsələr yaxşı olar. Laçın İcra Hakimiyyətindən xahiş edərik Natavan gedib orda trasda, üzr istəyirəm dəhlizdə, Dağlıq Qarabağın sakinləri üçün konsert verər".

Xatırladaq ki, N.Həbibi mayın 17-də Heydər Əliyev Sarayında konsert verəcək.


AzNews.az