02:16
(077) 610-22-33

Rauf Mirqədirovdan mesaj: “Mənim heç bir təqsirim yoxdur”

  • >
1 371 22 Aprel 2014 20:08 | Cəmiyyət

Vəkil Fuad Ağayev hüquqlarını müdafiə etdiyi "Ayna-Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirovla görüşüb. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunaraq 3 aylıq həbs edilən və hazırda MTN-in təcridxanasında saxlanılan jurnalistin sağlıq durumu normaldır. Vəkilin dediyinə görə, saxlanılan gün R.Mirqədirovun səhhətində problem yaransa da, artıq hər hansı nigaranlıq yoxdur.

Hüquq müdafiəçisi bildirdi ki, artıq bu gün müvəkkilinin qeyri-qanuni saxlanması ilə bağlı Nəsimi Rayon Məhkəməsinə şikayət verib: "Rauf Mirqədirov Ankara-Bakı reysi ilə yola salınıb və təyyarə 19 apreldə saat 16.20-də hava limanına daxil olub. Rauf Mirqədirvu elə uçağın göyərtəsində saxlayıblar.

Mən hesab edirəm ki, həmin vaxtdan aprelin 21-də məhkəmə qərar qəbul edənədək Rauf 2 sutkadan artıq tamamilə qanunsuz azadlıqdan məhrum edilib. Onu saxlayanlar özlərini təqdim etməyib. Şikayətə yəqin ki, həftə ərzində baxış təyin edərlər".

R.Mirqədirovun mətbata müraciətinin olub-olmadığını soruşduqda F.Ağayev "Rauf "birmənalı şəkildə bilin ki, mənim heç bir təqsirim yoxdur" söylədi" cavabını verdi.
Bağla X