06:24
(077) 610-22-33

Məktəblərin infrostrukturu inklüziv təhsilə uyğunlaşdırılacaq

  • >
937 1 Sentyabr 2012 09:13 | Cəmiyyət

Təhsil Nazirliyinin YUNİSEF - in dəstəyi ilə hazırladığı və Nazirlər Kabinetinə təqdim edilən "İnklüziv təhsilin inkişafı ilə bağlı" Dövlət Proqramının yaxın zamanda təsdiq ediləcəyi gözlənilir. Təhsil Nazirliyinin məlumatına görə, proqram 2012 - 2019 - cu illəri əhatə edəcək və inklüziv təhsilin dünya standartlarına yaxınlaşmasında böyük rol oynayacaq. Dövlət Proqramının layihəsində inklüziv təhsilin təşkili ilə yanaşı, tədris müəssisələrinin infrostrukturunun formalaşdırılması da nəzərdə tutulur.

Qeyd edək ki, hazırda ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan 60 min uşaq var. Onlardan 12 minə yaxını 2005 - 2009-cu illərdə həyata keçirilən "Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili" Dövlət Proqramı çərçivəsində təhsilə cəlb olunub. Lakin ölkəmizdə inklüziv təhsilə cəlb edilən uşaqların sayı cəmi 300 nəfərdir.

E.Əlosmanqızı
AzNews.az

Bağla X