17:12
(077) 610-22-33

Nazirdən prezidentə Ramil Səfərov təşəkkürü

  • >
547 3 Sentyabr 2012 09:00 | Cəmiyyət

İsmət Abasov Prezident İlham Əliyevə aqrar sahə işçiləri adından təşəkkür məktubu ünvanlayıb



Kənd Təsərrüffatı Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən xəbərə görə, məktubda deyilir ki, Azərbaycanın Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun ölkəmizə ekstradisiya edilməsi və sərəncamınızla əfv edilməsi çoxminlli aqrar sahə işçiləri və nazirliyin kollektivi tərəfindən böyük ruh yüksəkliyi və sevinclə qarşılanıb.

Aqrarsənaye kompleksi işçiləri, nazirliyin kollektivi və öz adımdan sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Bu cəsarətli addım Sizin dövlət başçısı və Ali Baş Komandan kimi Azərbaycanın hər bir vətəndaşına, harada yaşamasından asılı olmayaraq onun hər bir fərdinə tükənməz qayğınızın təzahürüdür. Bu, beynəlxalq aləmdə olan nüfuzunuzun, vətəndaşlarımızın hüquqlarının qorunmasındakı prinsipiallığınızın, cəsarətliliyinizin, müdrikliyinizin və ədalətliyinizin təntənəsidir.

Bu qələbəni ümumi düşmənə qarşı Azərbaycan xalqının monolit birliyinin bariz nümunəsi, bu birliyin daha da möhkəmləndirilməsinə bir çağırış kimi qiymətləndirir, respublikamızın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın düşmən tapdağından tezliklə azad edilməsi işində Ali Baş Komandana uğurlar arzulayırıq.

Ölkənin aqrar-sənaye kompleksi işçiləri həmişə olduğu kimi, birmənalı olaraq Sizin daxili və xarici siyasətinizi dəstəkləyir və üzərimizə düşən vəzifələrin yerinə yetirilməsində var qüvvələrini əsirgəməyəcəklərini bildirirlər".

İlkin
AzNews.az
Bağla X