Qışda Bakıda 2550 bina qızdırılacaq

Payız-qış mövsümündə Bakıdakı 2550 bina istiliklə təmin ediləcək. Bu barədə məlumatı Aznews.az-a "Azəristiliktəchizat" ASC-nin abonent və müştəri xidmətləri müdiri Rafiq Əliyev verib. Xidmət müdirinin sözlərinə görə, ötən il bu rəqəm 2366 olub. Ümumilikdə isə 115 min mənzilin istiliklə təminatı nəzərdə tutulub ki, bu da ötən illə müqayisədə 5 min mənzil artıqdır. Mövsümə hazırlıq prosesi çərçivəsində 187 bina, 14 məktəb və 2 uçaq bağçası ilə bağlı yeni layihələr həyata keçirilib.

Ümumilikdə isə bu il ASC 241 yeni layihə reallaşdırıb:"183 məktəb, 150 uşaq bağçası, 83 səhiyyə obyekti "Azəristiliktəchizat" ASC tərəfindən istiliklə təmin ediləcək". Digər məktəb və uşaq bağçalarının isə fərdi qazanxanalar hesabına qızdırılması nəzərdə tutulur.

İstiliyin verilməsi vaxtına gəlincə isə, bu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sərəncamına əsasən müəyyənləşdiriləcək. Binaların qızıdırlmasına əsasən noyabrın 15-dən etibarən start verilməsi nəzərdə tutulur. Lakin havanın temperaturunun kəskin aşağı düşməsi istilik təminatının daha tez başlamasına səbəb ola bilər.

E.Əlosmanqızı
AzNews.az