70 bağçada nöqsan aşkarlanıb 70 bağçada nöqsan aşkarlanıb

Hacıbala Abutalıbov bağça müdirlərini işdən çıxaracaq

70 bağçada nöqsan aşkarlanıb



AzNews.az-a daxil olan məlumata görə, sentyabrın 5-də Bakı Şəhəri İcra Hakimiyyətində uşaq bağçalarında ərzaq təminatı məsələsinə həsr olunmuş iclas keçiriləcək.

Bakı meri Hacıbala Abutalıbovun sədrliyi ilə keşiriləcək iclasda dövlət məktəbəqədər təhsil müəssisələrində uşaqlar üçün ayrılan ərzaq məhsullarının mənimsənilməsi ilə bağlı məqamlara xüsusi diqqət yetiriləcək. Merin iclasın sonucu olaraq bəzi bağça müdirləri ilə bağlı tədbir görəcəyi də daxil olan məlumatlar arasındadır.

Məlumata əsasən bağçalarda ərzaq təminatı məsələsinin iclasın gündəminə gətirilməsinə səbəb bu müəssisələri pulsuz toyuq əti ilə təmin edən "Dəvəçi broyler" şirkətinin təqdim etdiyi aktlar olub. Bu məlumatı şirkətin daxili audit departamentinin rəhbəri Bəndiyar Cəbrayıllı da AzNews.az-a açıqlamasında təsdiqləyib. Bildirib ki, şirkət paytaxtdakı 150 uşaq bağçasında audit apararaq toyuq ətinin menyuda istifadəsi məsələsini araşdırıb. Audit zamanı 70 uşaq bağçasında nöqsanlar aşkarlanıb və bu müəssisələrlə bağlı akt tərtib edilərək BŞİH-yə təqdim edilib. Monitorinqlər mart ayından etibarən keçirilib.

Qeyd edək ki, BŞİH ilə bağlanan müqavilə əsasında şirkət uşaq bağçalarını pulsuz toyuq əti ilə təmin etməklə bərabər satışı qadağan edilən bu məhsulların bazarlara çıxarlmasının qarşısını almaq üçün "qaynar xətt" xidməti də yaradıb.

E.Əlosmanqızı
AzNews.az