05:13
(077) 610-22-33

Metro yenə bağlanacaq

  • >
512 4 Sentyabr 2012 14:09 | Cəmiyyət


Yeni Bənövşəyi xəttin tikinti işləri ilə əlaqədar, Bakı Metropoliteninin "20 Yanvar-Dərnəgül" sahəsi sentyabrın 6-sı saat 22:00-dan sentyabrın 10-u saat 06:00-dək yenidən bağlanacaq.

Metropolitendən AzNews.az-a verilən xəbərə görə, bu müddətdə "20 Yanvar-Dərnəgül" və əks istiqamətdə qatarların hərəkəti dayandırılacaq və sərnişinlər qeyd olunan sahələrdə yerləşən stansiyaların ("20 Yanvar", "Memar Əcəmi", "Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül") xidmətindən istifadə edə bilməyəcəklər. Həmin istqamətlərdə hərəkət etmək üçün sərnişinlərdən digər ictimai nəqliyyat vasitələrindən istifadə etmək xahiş olunur.

Qatarlar "Həzi Aslanov-İçərişəhər" və "Həzi Aslanov-İnşaatçılar" istiqamətlərində və əksinə hərəkət edəcəklər.

İlkin
AzNews.az
Bağla X