Həştərxanda Azərbaycan və Rusiya Dostluq körpüsü və yeni uşaq şəhərçiyinin açılış mərasimi keçiriləcək Həştərxanda Azərbaycan və Rusiya Dostluq körpüsü və yeni uşaq şəhərçiyinin açılış mərasimi keçiriləcək

Leyla Əliyeva Həştərxana gedir

Həştərxanda Azərbaycan və Rusiya Dostluq körpüsü və yeni uşaq şəhərçiyinin açılış mərasimi keçiriləcək



Sentyabrın 12-13-də Həştərxanda Azərbaycan və Rusiya Dostluq körpüsü və yeni uşaq şəhərciyinin açılış mərasimi keçiriləcək. Bu barədə məlumatı "Regnum" informasiya agentiliyi yayıb. Heydər Əliyevin xatirəsinin əbədiləşdirildiyi ərazidə salınan uşaq şəhərciyinin ərazisi 1200 kv metr təşkil edir. Yay aylarında ərasidə kafenin fəaliyyət göstərməsi də nəzərdə tutulan knyaz Vladimirin heykəli maketi üzərində də iş aparılır.

Azərbaycan-Rusiya Dostluq körpüsü Azadlıq meydanı ilə qubernator Analoli Qujvinin adını daşıyan prospekt arasında salınıb. Layihənin 40 milyon rubl dəyərində olduğu və maliyyələşmənin Azərbaycan tərəfindən həyata keçirildiyi də məlumatlar arasındadır. Açılış mərasimində Heydər Əliyev Fondunun Rusiya təmsilçiliyinin rəhbəri Leyla Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı gözlənilir.

E.Əlosmanqızı
AzNews.az