Məhkəmə hakimləri yola salınır

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimlərindən bir neçəsinin səlahiyyət müddəti bitib. Məhkəmənin hakimləri Zeynal Ağayev, Fikrət Qəribov və Mayıl Bayramovun səlahiyyət müddətləri başa çatıb.

Bunun üçün də həmin hakimlərin icraatına baxılmaq üçün yeni cinayət işləri verilmir. Yaxın günlərdə hakimlərin səlahiyyət müddətləri ilə bağlı qərar veriləcəyi bildirilir.

AzNews.az