21:44
(077) 610-22-33

Bu gün hava necə olacaq?

  • >
456 4 Sentyabr 2012 22:02 | Cəmiyyət

Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 18-22°, gündüz 25-30° isti olacaqdır. Bakıda gecə 18-20°, gündüz 26-28° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 756 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz olacaqdır. Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcəkdir. Temperaturun gecə 12-17°, gündüz 26-31° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Temperaturun gecə 7-12°, gündüz 17-22° isti olacağı gözlənilir. Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli- Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Temperaturun gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Temperaturun gecə 10-15°, gündüz 20-25° olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Temperaturun gecə 16-20°, gündüz 24-29° isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 17-22°, gündüz 25-30°, dağlarda gecə 9-14°, gündüz 20-25° isti olacağı gözlənilir.

AzNews.az
Bağla X