Qədim şəhərlər Bakıda müzakirə ediləcək Qədim şəhərlər Bakıda müzakirə ediləcək

Ermənilər Azıx mağarasında “erməni izi” axtarırlar

Qədim şəhərlər Bakıda müzakirə ediləcək



Noyabr ayında Bakıda qədim şəhərlər mövzusuna həsr edilən beynəlxalq konfrans keçiriləcək. Bu barədə məlumat AzNews.az-a AMAE-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli verib.

Direktor müavininin sözlərinə görə, bir sıra ölkələrdən nümayəndələrin iştirak edəcəyi konfransda ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında qazıntı işlərinin aparılmamasına dair beynəlxalq konvensiyanın tələbləri pozmaları bir daha diqqətə çatdırılacaq: "Ermənilər Azıx mağarasında "erməni izi" axtarmaqda davam edirlər. Bununla yanaşı Ağdam ərazisində yerləşən tarixi Gövürqala şəhərini "Tiqranakert" kimi tanıtdırmağa cəhd göstərirlər. Azərbaycan beynəlxalq tədbirdə bu barədə etirazını bir daha dünya alimlərinin diqqətinə çatdıracaq"

E.Əlosmanqızı
AzNews.az