21:36
(077) 610-22-33

Sabah yağış yağacaq

  • >
548 5 Sentyabr 2012 20:50 | Cəmiyyət

Bakıda və Abşeron yarımadasında sentyabrın 6-da hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, yarımadada şimal-qərb küləyinin güclənəcəyi, axşam isə mülayimləşəcəyi gözlənilir. Havanın temperaturu gecə 17-21, gündüz 24-26 dərəcə isti olacaq

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti olacaq.

Rayonlarında sentyabrın 6-da hava şəraitinin əsasən gecə və səhər dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, səhər dağlıq ərazilərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacaq. Sentyabrın 6-da hava şəraitinin qısamüddətə dəyişiləcəyi, havanın arabir tutulacağı, şimal küləyinin güclənəcəyi gözlənilir.

İlkin
AzNews.az
Bağla X