TQDK-dan şagirdlərə müraciət

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sentyabrın 9-da payız imtahanı verəcək 9-cu sinif şagirdlərinə müraciət edib. Komissiyadan verilən məlumata görə, Bakı şəhəri üzrə payız imtahanında iştirak edəcək 9-cu sinif şagirdləri imtahana buraxılış vərəqəsini təhsil aldıqları təhsil müəssisələrindən əldə edə bilərlər.

Digər şəhər və rayonlarda təhsil alan şagirdlər (9 illik) isə imtahanda iştirak etmək üçün imtahana buraxılış vərəqəsini rayon və şəhər təhsil şöbələrindən ala bilərlər.

Payız imtahanı ölkə üzrə iyun ayında keçirilən mərkəzləşmiş buraxılış imtahanlarında iştirak etməyən və ya iştirak edərək kəsilən şagirdlər üçün keçirilir. İmtahan Bakıda və bəzi iri şəhərlərdə keçiriləcək. Bu imtahanda 28 minə yaxın 9-cu sinif şagirdi iştirak edəcək.

AzNews.az