Həmid Herisçi ANS-ə geri döndü - Eksklüziv

Tanınmış jurnalist Həmid Herisçi yeni televiziya mövsümündən ANS TV-də fəaliyyətini davam etdirəcək. Jurnalistin hazırlayacağı verilişin adı "Gizlin Azərbaycan"dır.

Qeyd edək ki, bu layihənin üzərində ANS TV-dən uzaqlaşmazdan əvvəl Orxan Fikrətoğlu işləyirdi. Layihənin daha maraqlı bir cəhəti ölkədə olan müqəddəs ziyarətgahlarla, pirlərlə bağlı olmasıdır.

Qeyd edək ki, Həmid Herisçi ötən il ANS TV-dən uzaqlaşmışdı. Buna səbəb isə özünün məqaləsində qeyd etdiyi kimi, maaşının reytinq hesabına xeyli azaldılması olmuşdu.

AzNews.az