Avqust ayında 1724 əcnəbi barəsində ölkə ərazisini tərk etmə qərarı verilib Avqust ayında 1724 əcnəbi barəsində ölkə ərazisini tərk etmə qərarı verilib

167 nəfərin ölkədən çıxarılmasına qərar verilib

Avqust ayında 1724 əcnəbi barəsində ölkə ərazisini tərk etmə qərarı verilib



Dövlət Miqrasiya Xidmətindən AzNews.az-a verilən məlumata görə, ötən ay 2.159 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib, onlardan 268 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1724 əcnəbi barəsində ölkə ərazisini 48 saat ərzində tərk etmə, 167 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ay ərzində DMX-a əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 4.870 müraciət daxil olub.

İlkin
AzNews.az