- Köhnə - Cəmiyyət
- 7 Sentyabr 2012 09:22
- 3 252
Ölkədə 40-a yaxın arxeoloji ekspedisiya keçirilib
Bu barədə məlumatı AzNews.az-a AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor muavini Nəcəf Müseyibli verib.
Direktor müavini tapılan arxeoloji materiallar arasında xüsusi əhəmiyyətinə görə fərqlənənləri də sadalayıb. Bildirib ki, Gəncə-Qazax bölgəsində qədim daş dövrünə ald tapılan arxeoloji abidələr, Qəbələdə eneolit dövrünə aid maddi-mədəniyyət nümunələri, Goranboy, Ağstafa və Naxçıvanda tunc dövrünün müxtəlif mərhələlərinə ail qəbir abidələri xüsusi əhəmiyyəti ilə fərqlənir:"Arxeoloji ekspedisiyalar hələ davam edir. Bu il arxeoloji qazıntılarla və tapılan maddi-mədəniyyət nümunələri ilə zəngin olub".
E.Əlosmanqızı
AzNews.az