“Qara şəhər“də içməli su olmayacaq

Bu gün və sabah Bakı Metropoliteninin "Xətai" stansiyası ətrafına və "Qara şəhər"ə içməli suyun verilməsində fasilələr olacaq. Bu barədə "Azərsu" ASC-nin yaydığı məlumatda deyilir.

"Suyun verilməsində fasilələr supaylayıcı şəbəkədə yeni magistral su kəmərinin çəkilişi və Bakının Xətai rayonunda siyirtmələrin quraşdırılması ilə əlaqədardır", - məlumatda deyilir. Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

AzNews.az