17:13
(077) 610-22-33

Mətbuat Şurası “reket jurnalistika”nı müzakirə etdi

  • >
406 7 Sentyabr 2012 15:42 | Cəmiyyət

“Reket jurnalistika”ya qarşı mübarizə komissiyası iki qəzet barədə yekun rəy verib"



Mərbuat Şurasından AzNews.az-a verilən məlumata görə, bu gün Azərbaycan Mətbuat Şurasının (AMŞ) şikayətlər üzrə komissiyasının iclasında MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 4 şikayəti müzakirə ediblər.

Milli Məclisinin deputatı Gülər Əhmədovanın "Bizim yol" qəzetinin 13 iyul 2012-ci il tarixli sayında gedən məqalə ilə bağlı müraciətinə baxılıb. Komissiya deputatın MŞ-yə məktubunda göstərilən narazılıq məqamları araşdıraraq müvafiq rəy verib.

Rəydə həmin yazının "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın bir sıra prinsip və bəndlərinin tələblərinə sayğısızlıqla təqdim olunduğu, xüsusilə balansın gözlənilmədiyi, araşdırmanın nəzərə çarpmadığı, şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun aşağılanmasına yönələn bir nümunənin səhifəyə çıxarıldığı cavabdeh tərəfin nəzərinə çatdırılıb. Komissiya qəzetə təkzib, yaxud deputat G.Əhmədovanın mövqeyinin əks olunduğu məktubunun dərcini tövsiyə edib.

İclasda iki mətbu nəşrlə əlaqədar toplanmış sənədlərin Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasına göndərilməsi razılığına gəlinib. Bunlar "Əsrin kirpiləri" və "Seans" qəzetləridir. Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının və "Xəbər var" qəzetinin şikayətlərinə baxılarkən komissiya bunun üçün ciddi əsasların mövcudluğunu aşkarlayıb. Bu komissiyanın araşdırmasından sonra MŞ İdarə Heyətində qəzetlərin adlarının Şuranın "reket nəşr"lər üçün tərtib etdiyi "qara siyahı"ya salınması ilə bağlı məsələ müzakirə olunacaq.

İlkin
AzNews.az
Bağla X