21:24
(077) 610-22-33

İran Azərbaycana telefon rabitəsini məhdudlaşdırıb

  • >
512 8 Sentyabr 2012 10:02 | Cəmiyyət

Xeyli müddətdir ki, İranla Azərbaycan arasında telefon rabitəsi məhdudlaşdırılıb. Bu barədə məlumatı AzNews.az-a Azərbaycanla telefon əlaqəsi yaratmaqda çətinlik çəkən İran vətəndaşları verib. Onların sözlərinə görə, məhdudiyyət mobil telefonlara tətbiq olunur.

Belə ki, İran ərazisindən Azərbaycandan olan abonentlərin mobil telefonları ilə əlaqə yaratmaq mümkün olmur. Mobil telefon danışıqları mümkün olmasa da, ismarışların göndərilməsi və qəbulunda problem qeydə alınmır. Buna örə də son zamanlar ünsiyyət vasitəsi kimi ismarışlara üstünlük verilir. Bunun əksinə olaraq Azərbaycan ərazisindən İranla telefon rabitəsində heç bir problem yoxdur.

Rabitə və İnformasiya Texnologoyaları Nazirliyindən isə məsələ ilə əlaqədar AzNews.az-a bildirilib ki, mobil telefonlardan fərqli olaraq İran ərazisindən Azərbaycanın sabit telefonlarına çıxışda heç bir məhdudiyyət qeydə alınmayıb.

E.Əlosmanqızı
AzNews.az
Bağla X