06:45
(077) 610-22-33

Dönərlərdəki “Çin duzu” narkotik maddə imiş - Araşdırma

  • >
8 099 8 Sentyabr 2012 11:17 | Cəmiyyət

Bundan dönərçilərin belə xəbəri yoxdur


"Çin duzu" adlanan inqridiyentdən əvvəllər ancaq paketli qidalarda istifadə olunurdu. Amma indi dönər, türk köftəsi kimi qidalarda da istifadə olunur. Həmçinin, hazır şorbalarda, konservləşdirilmiş məhsullarda, ət suyu bulyonlarında, biskvitlərdə, dondurmalarda, rəngli yoqurtlarda və digər bir çox qidalarda istifadəsi məlumdur. Bu maddə beyində gözəl dad hissi yaratmaq qabiliyyətinə malikdir və qatıldığı qidadan daha çox yemək istəyi yaradır. Belə ki, insan yediyi şey pis olsa belə, bu duz sayəsində onu ləzzətli sayır və yenə də istəyir. Əsasən dönərçilərin işinə yarayan bu duz vasitəsilə bir dönər yeyən daha bir neçəsini də yemək istəyir.
Bu "duz" əslində MSG olaraq bilinən "Monosodium glutamat" glutamik turşusudur. E-621 olaraq təsnif edilən bu maddədən qidalarda ətir artırıcı olaraq istifadə olunur. Qidaların orijinal dadını artıraraq daha ləzzətli edən həmin maddə daha çox Uzaq Şərq mətbəxində istifadə edildiyindən, "Çin duzu" olaraq da tanınır. Glutamik asit duzu kristalları dəniz qabıqlılar, parmesan pendiri, pomidor, göbələk, kəlbyosunu kimi bir çox qidada müəyyən miqdarda təbii halda tapılır. Sintetik növü ilk dəfə 1866-cı ildə alman kimyagər Karl Henrix Lepold tərəfindən kəşf edilib.

İnsan orqanizminə təsiri və zərərləri

"Çin duzu"nun insan orqanizminə təsiri barədə müxtəlif fikirlər var. Belə ki, bəzi tədqiqatçılar onun zərərli olduğunu, bəziləri isə bu zərərin başqa maddələrdən qaynaqlandığını bildirirlər. Belə ki, bu maddə beyində həddindən artıq həssaslıq yaradır və insan ədviyyatın dadını daha çox hiss etmiş kimi olur.
Maddə üzərində aparılan kimyəvi təcrübələrdən sonra onun nevrotoksin olduğu müəyyənləşdirilib. Lakin onun hər hansı şiş və allergik təsir yaradan mənfi tərəfi aşkarlanmayıb. Bununla yanaşı, onun bir çox zərərləri də mövcuddur. Belə ki, sinir hüceyrələrinə mənfi təsiri vardır. Həmçinin, doyma mexanizmində pozğunluq yaradır, böyümə hormonunu inkişafdan saxlayır, insulin artımına, diabetə səbəb olur, böyrək və qaraciyərə ciddi ziyan vurur. Uşaqlarda zəka inkişafına mane olur. Çox miqdarda istifadəsi isə baş ağrısı, miqren ağrıları, boyunda yanma hissi yaratdığı da qeyd edilir. Hətta bu duz xərçəngə də yol aça bilir. Məlumata görə, Amerikada bəzi qidaların üzərində "No MSG add", yəni "MSG qatqısı yoxdur" deyə yazılır. Bu, bir xəbərdarlıqdır. Çünki hamilə qadınlar tərkibində "Çin duzu" olan məhsulları istfadə olunan zaman o birbaşa dölə gedir və ona görə də, şikəst və ölü uşaq doğumlarının artmasına səbəb olur. Beləliklə, MSG deyilən xəstəlik bazarlara "Çin duzu" adıyla çıxarılır. Faydası isə yalnız qidada ətri artırması, natrium qəbulunu nisbətən azaltmasıdır.
Bu barədə daha ətraflı məlumat almaq üçün Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə yaratdıq. Ancaq o, belə bir duz haqqında məlumatı olmadığını bildirdi. Onun sözlərinə görə, Azərbaycana gətirilən inqridiyentlər arasında 200-ə yaxın qadağa olunmuş qida və məhsul var və bu da onların arasında ola bilər.

Duzu işlədənlər nə deyirlər?

Dönərçi Sabir: "O maddənin adının "Çin duzu" olmasından xəbərim yoxdur. Ancaq dönərin arasına lay-lay ət qoyulur və hər qatdan sonra o duzdan səpilir. Toz bibərin içərisinə də qarışdırılıb, dönərə vurulur. Səpildikdən sonra piy qoyulur ki, onu əritsin. Həmin duz limon duzuna oxşayır. Məncə, kimyəvi qatqısı yoxdur. Sadəcə olaraq, orqanizm onu normal qəbul etməyə bilər. Təzyiqi aşağı olan insanlar üçün qorxuludur, çünki təzyiqi daha da aşağı sala bilər. Hələ ki, bundan bizə şikayət edən yoxdur… Deyirlər ki, xərçəng və dəri xəstəliyinə səbəb ola bilər, ancaq bu, yenə də insan orqanizmindən asılıdır".


Sevinc Fədai
AzNews.az

Bağla X