“Peyğəmbərə 40 sual”dan – Birinci sual

AzNews.az saytı bu gündən etibarən "Stolüstü kitab" rubrikasına başlayır. İlk olaraq çoxunun stolüstü kitabına çevrilən "Peyğəmbərə 40 sual-cavab" kitabından istifadə etməklə, sonuncu peyğəmbər Məhəmmədə (s.ə.s) ünvanlanan sualları və Allahın rəsulunun cavablarını təqdim edirik.

Bu aləmin yaradılmasından xəbər ver, ya Məhəmməd.
Haqq Sübhanə taala bu aləmi neçə günə yaratdı?


Allahın Rəsulu mübarək cümlələrlə buyurdu ki, haqq-taala bu aləmi altı günə yaratdı.

Əhad günü (birinci gün) göyləri yaratdı, sələsə günü (üçüncü gün) yerdə və bəhridəki (dəniz, çay, göl, okeandakı) məxluqları, yeddi qat göylərdə olan mələkləri yaratdı. Ərbəa günü (dördüncü gün) yerdəki cəmi məxluqatın ruzisini qənimət etdi və iqramları yaratdı.
Xəms günü (cümə günü), həmçinin cənnəti, müxtəlif növlü ismətləri ilə birlikdə həzrəti Adəmi yaratdı. Həmin gün əmr etdi ki, bütün mələklər Adəmə səcdə etsinlər.

Haqq-taala buyurur ki, bu cahanı altı günə yaratdım. Lakin qadirəm bir gündə və yaxud bir saatda yaradım. Altı gündə yaratmağımıza hikmət bu idi ki, aciz və biçarə qullarımdan hər biri iş tutanda o işi tələsik görməsinlər. Hətta qadir olsalar da, yenə tələsməsinlər.

Seyyidu-Mürsəlin və xətamün-Nəbiyin Məhəmməd-Mustafa buyururdu ki, "əl-əcələtu minəş-şeytan vət tənin minər-rahməni" – mənası budur ki, tələsmək şeytan işidir. Səbr etmək isə rəhman işidir.

AzNews.az