09:20
(077) 610-22-33

Nazirlik repetitorluğa qarşı mübarizəyə başlayıb

  • >
540 10 Sentyabr 2012 11:26 | Cəmiyyət

Təhsil Nazirliyi repetitorluğun evlərdən siniflərə gətirilməsi istiqamətində tədbirlər həyata keçirir. Bu barədə məlumatı təhsil naziri Misir Mərdanov verib.

Təhsil naziri bildirib ki, paytaxtın 5 məktəbində pilot olaraq həyata keçirilən layihənin ilk ilinin monitorinqi aparılıb və nəticələr qənaətbəxşdir: "Bakının 5 məktəbində təmayüllər üzrə təhsilin təşkili həyata keçirilir. Riyaziyyat-informatika, humanitar, təbiət elmləri üzrə olmaqla bu istiqamətlərdə bəzi fənlərə ayrılan saatlar artırılıb. İstəyirik ki, gələcəkdə paytaxtın bütün rayonlarında ən azı bir məktəbdə təhsilin təmayüllər üzrə təşkilini həyata keçirək".

Nazir bu vasitə ilə ölkəmizdə təhslin inkişafına maneçilik törədən repetitor faktorunun aradan qaldırılması istiqamətində mühüm dəyişikliklərin gözlənildiyini vurğulayıb.

E.Əlosmanqızı
AzNews.az
Bağla X