12:20
(077) 610-22-33

Mətbuatın monitorinqinə başlanılır

  • >
433 10 Sentyabr 2012 14:38 | Cəmiyyət

Azərbaycan Dil Qurumu İctimai Birliyi Prezident yanında QHT Şurasının dəstəyi ilə bu gündən mətbuatın monitorinqinə başlayır. Qurumun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, monitorinq 17 sentyabr 2012-ci il tarixinə qədər davam edəcək.

Qeyd edək ki, dilçi alimlərin və mütəxəsislərin iştirakı ilə keçirilən monitorinqə aparıcı media qurumları və xəbər saytları cəlb edilib.

Monitorinqin nəticələrinə əsasən, Azərbaycan dil normalarına əməl etmə baxımından media qurumlarının reytinqi açıqlanacaq. Onu da bildirək ki, nəticələr sentyabrın 20-dən sonra elan olunacaq.

Sevinc
AzNews.az
Bağla X