ATV-dən şəhidlərə hörmətsizlik - FOTOLAR

Azərbaycanın bir gecədə 8 şəhid verdiyi halda bu dəqiqələrdə Azad Azərbaycan Televiziyasında (ATV) çal-çağırdır. Belə ki, "Bu bir sirdir" adlı verilişin qonağı olan müğənni Rüfət Axundov və gənc ifaçı Zarina bir neçə mahnı ifa ediblər. Bayram əhval-ruhiyyəsində olan aparıcı İlhamə Bədəlova da onlardan geri qalmayıb. Görünür telekanal rəhbərliyi 8 şəhidi ölkə üçün itki hesab etməyərək "efir setka"sında dəyişiklik etməyi lazım bilməyib.







İntiqam Valehoğlu
AzNews.az