11:53
(077) 610-22-33

MTRŞ-dən telekanalların şəhidlərə hörmətsizliyinə MÜNASİBƏT

  • >
1 575 1 Avqust 2014 10:37 | Cəmiyyət

Cəbhə xəttində milli ordumuzun 8 şəhid verməsi xalqımızı çox sarsıdıb. İctimaiyyətin güzgüsü olan telekanallarımızın bu hüznlü gündə proqrama dəyişiklik etməməsi ictimaiyyət tərəfindən qınaqla qarşılanıb.

Movqe.az məsələyə münasibət öyrənmək üçün Milli Televiziya və Radio Şurasının (MTRŞ) "Ekspertiza, proqramlaşdırma və analitik" şöbəsinin müdiri Təvəkkül Dadaşovla əlaqə saxlayıb. T. Dadaşov bildirib ki, bu məsələdə telekanallar özləri həssas olmalıdırlar: "Biz də bu məsələdə telekanallara tövsiyyə verə bilərik. Amma telekanallar özləri bunu başa düşüb çalışmalıdırlar ki, proqrama dəyişiklik etsinlər. Əlbəttə proqrama dəyişiklik etmək elə də asan deyil. Amma nəzərə almaq lazımdır ki, bu ümumilli məsələdir. Eyni zamanda həssas durumdur. Söhbət vətəndən, təmas xətində həyatını qurban verən şəhidlərdən gedirsə çalışmalıdırlar ki, proqramdan çal-çağır verilişlərini yığışdırsınlar. Yəni bu məsələ telekanalların özlərinin mərifət qanacağına qalıb".

Qeyd edək ki, hazırda telekanalların əksəriyyətində əyləncəli verilişlər davam edir. Ermənilərlə təmas xətindən isə qara xəbərlər gəlməkdədir. Müdafiə Nazirliyi vətən yolunda şəhidlik zirvəsinə ucalanların adlarını açıqlayır.

AzNews.az
Bağla X