Rüfət Axundovdan növbəti BİABIRÇILIQ

AzNews.az bu gün ATV-də yayımlanan "Bu bir sirdir" verilişindəki çal-çağırın iştirakçılarından olan müğənni Rüfət Axundovla əlaqə saxlayıb.
Müğənni özünəməxsus şəkildə variantla vəziyyətdən çıxmağa çalışıb.

Telefonun dəstəyini qaldıran və səsindən tanıdığımız müğənni özünü "Rüfət Axundovun köməkçisi" kimi qələmə verib:
"Danışan Rüfət deyil. Rüfət Bakıda yoxdur, çıxdı getdi. Sağ olun, sağ olun...".

Təəssüf doğuran odur ki, sualdan yayınmağa çalışan müğənni əməkdaşımızın ona efirdən bir neçə dəqiqə sonra zəng etdiyini unudub.
Qeyd edək ki, ötən gecə ordumuz 11 şəhid versə də, buna məhəl qoyulmayaraq telekanallarda əyləncəli verilişlər yayımlanıb.

İntiqam Valehoğlu
AzNews.az