Azərbaycan TV-lərində erməni şadyanalığı - FOTOLAR

Bu gecə cəbhədə ordumuz xeyli itki verib. Ən son məlumatlara görə, ermənilərin hücumunu dəf edərkən 9 hərbçimiz şəhid olub. 4 yaralımız var. Dinc sakinlərdən də xəsarət alanların olduğu bildirilir. Ölkədə bir hüzn var, qisasçılıq ehtirası var. Mətbuat, daha doğrusu, saytlar qara rəngdədir, şəhid xəbərləri manşetdən asılıb.
Amma televiziyaların "qulaqlarına", "gözlərinə" deyəsən, bu xəbərlər hələ dəyməyib. Ya da ki, əhəmiyyətsiz sayılıb.
Telekanallar ordumuzun, ümumilikdə isə Azərbaycan xalqının verdiyi bu itkiyə nəinki laqeyd münasibət bəsləyir, hətta hörmətsizlik edir. Bütün günü saytların xəbərlərini öz dədə malları kimi oxuyan telekanallar bu gün şəhid xəbərlərimizi bəyənməyiblər. Baş verən bu dəhşətli hadisəyə bir dəqiqə vaxt ayırmamaq azmış kimi, şou-əyləncə verilişləri, çal-çağırlar davam edir. "ATV", "Lider Tv", "Space", "Xəzər TV", hətta İctimai Televiziya da əyləncə verilişlərinə, şən musiqilərə ara vermir.

Halbuki verilişləri təxirə salmaq və ya ən azından bu şən əhval-ruhiyyənin miqdarını müəyyən qədər azaltmaq olardı.
Bəs niyə azaltmadılar? Bu kanallar kimə işləyir? Kimə xidmət edir? Ümumiyyətlə, bu kanalların Azərbaycan xalqına nə dəxili var? Tarixinə biganə, mədəniyyətinə biganə, adət-ənənəsinə, milli mentalitetinə isə nəinki biganə, hətta düşmən kəsilən kanallar şəhidimizə də biganədirsə, laqeyiddirsə.., qapadaq bu eybəcər ekranları! Rəsmi, aidiyyəti qurumlar kanalların bu əxlaqsızlığına dözür, dözsün, pultun ki, "qırmızı düyməsi" əlimizdədir?!

Allah şəhidlərimizə rəhmət eləsin!

AzNews.az
image description image description image description image description image description image description image description image description