“Xəzər” TV proqramda dəyişiklik etdi - Şəhidlərə görə

"Cəbhədə əsgərlərimizin şəhid olması ilə bağlı xəbərlər rəsmi təsdiqini tapandan sonra "Xəzər" televiziya kanalı öz efirində musiqili - əyləncəli verilişləri dayandırıb".

AzNews.az-a açıqlamasında "Xəzər" TV-nin sözçüsü Aqşin Kamal deyib ki, bu gün saat 12.00-dan etibarən şəhidlərimizə hörmət əlaməti olaraq efirdə vətənpərlik ruhunda bədii filmlər yayımlanmağa başlayıb. Kanalın sözçüsü şəhidlərimizə Allahdan rəhmət də diləyib.

Əhməd
AzNews.az